Ölkə Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına uyğun olaraq Bilik Fondu müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlərini davam etdirir. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzində AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarovun “Bakıda 1918-ci ilin mart soyqırımı” mövzusunda mühazirəsi təşkil olunub. 
   Növbəti maarifləndirici mühazirə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində gerçəkləşib. Tarix İnstitutunun elmi işçisi Bəxtiyar Həsənov “XX əsrdə azərbaycanlılara qarşı ermənilərin apardığı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” mövzusunda çıxış edib.
   Mühazirəçilər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.