Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilir. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində aparılacaq.
Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 61 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 mindən çoxdur. Seçkiləri 51 xarici kütləvi informasiya vasitəsindən 118 təmsilçi işıqlandıracaq.
Qeyd edilib ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdiriləcək. Dünyanın istənilən yerindən MSK-nın saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür.