Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) aktyoru İlham Əsədov aprelin 13-dən 19-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak etmək üçün dəvət alıb.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, iki sənət ocağının əlaqələri uğurla davam edir.
   Gənc Tamaşaçılar Teatrı qarşılıqlı qastrol səfərləri ilə bağlı müqaviləyə əsasən ötən ilin aprel ayında Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının səhnəsində “Dəcəl keçi” tamaşası ilə çıxış edib.