Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzi “Dastan gecələri” adlı yeni layihəyə başlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə birgə reallaşacaq layihə şifahi xalq ədəbiyyatının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı və şifahi poeziya nümunələrini özündə birləşdirir. Layihə çərçivəsində müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında Azərbaycan dastanlarından bəzi örnəklər sənətsevərlərə təqdim olunacaq.
Layihənin ilk saz-söz axşamı “Alı xan və Pəri xanım” dastanına həsr olunacaq.