Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Belarus Kinematoqrafçılar İttifaqının dəvəti ilə bu ilin noyabr ayında Minsk şəhərində keçiriləcək "Listopad" beynəlxalq kinofestivalına fəxri qonaq kimi dəvət olunub. Bu barədə ittifaqın katibi, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində Ş.Məmmədovanın Belarus Kinematoqrafçılar İttifaqının 50 illiyinə həsr edilmiş yubiley tədbirlərində iştirakı da nəzərdə tutulub.
   Belarus Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasında qarşılıqlı tədbirlərlə bağlı razılıq əldə olunduğunu deyən C.Quliyev bildirib ki, səfər çərçivəsində bu barədə ətraflı müzakirələr aparılacaq.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar