Özbəkistanın kultura.uz portalı Naftalan nefti haqqında məqalə yayıb. Məqalədə möcüzəvi şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xüsusiyyətləri, Naftalanda fəaliyyət göstərən müasir hotel və sanatoriyalar barədə məlumat verilir. 
   Qeyd edilir ki, indiyədək Naftalana dünyanın müxtəlif yerlərindən insanlar gəlib şəfa tapıblar. Burada bir çox xəstəliklər müalicə edilir. Yazıda “Ağ Naftalan yağı” və onun əsasında yaradılan yeni preparatlardan da bəhs edilir.