Azərbaycan media məkanında teatro.az elektron ünvanlı yeni sayt fəaliyyətə başlayıb. Portalın təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və teatrşünas Elçin Cəfərovdur. 
   Milli səhnə sənətimizi dünya teatr prosesi kontekstində işıqlandırmağı nəzərdə tutan portal teatrşünaslıq və teatr jurnalistikasının inkişafına töhfə verməyi qarşıya məqsəd qoyub. Teatr sənətinin sintetik təbiəti nəzərə alınaraq, portalda kino, televiziya, sirk və digər sənət növlərinə də yer ayrılıb.