İspaniyanın “Digitaltrends” rəqəmsal portalı dünyanın qeyri-adi tikililəri siyahısını dərc edib. Siyahıda Heydər Əliyev Mərkəzinin də adı var. Heydər Əliyev Mərkəzinin quruluşu barədə məlumat verən portal onun bir neçə il əvvəl dünyanın ən gözəl müasir binası seçildiyini yazır. Siyahıda Tokiodakı “W350” adlı taxta göydələn, Milandakı “Vertikal meşə”, Normandiyadakı “Benedikt abbatlığı”, Pekindəki “CCTV”nin baş ofisi, Tenerifedəki “Auditorium” və digər binaların adları da yer alıb.
   
   Bəhruz