İyunun 3-də Bakıda ilk dəfə Heydər Əliyev Sarayında 1 iyun - Beynəlxalq uşaqların müdafiəsi günü münasibətilə uşaqlar üçün “Veçerinka u Monstrov” (“Bədheybətlərlə əyləncə axşamı”) adlı ailəvi nağıl-tamaşa göstəriləcək.
Heydər Əliyev Sarayından bildirilib ki, Rusiyanın sevilən teatr və kino ulduzları Yeqor Salnikov və Andrey Sviridov parlaq və baxımlı çıxışları, həmçinin sirk artistləri tryuklar və illüziyalar ilə uşaqları sevindirəcək, onlara gözəl əhval-ruhiyyə bəxş edəcəklər.