Aprelin 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan ikihissəli səhnə əsərində teatrın tanınmış aktyorları iştirak edir. Baş rolda Əməkdar artist Abbas Qəhrəmanov səhnəyə çıxacaq.