Tolerantlıq məkanı sayılan Azərbaycanda xristian icması müqəddəs Pasxa bayramını (İsa Məsihin çarmıxa çəkilməsi və dirilməsi) qeyd edib.
Respublikamızın qərb bölgəsində yaşayan pravoslavlar bayram mərasimini Gəncədəki Aleksandr Nevski kilsəsində keçiriblər.
Şamlar yandırılıb, dualar oxunub, dini ayinlər icra olunub. Dini ayinlərin icrası başa çatdıqdan sonra pravoslavlar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram süfrəsi ətrafında bir araya gəliblər.
Bayram süfrəsinə xüsusi hazırlanan təamların düzülməsi də Pasxanın əsas özəlliklərindən biridir.