Sənədli filmin çəkilişləri başa çatıb
   
   Sənədli filmlər rejissoru Ziya Şıxlınski görkəmli italyan ssenaristi Tanino Querronun xatirəsinə həsr etdiyi “Bu yol hara gedirdi” filminin çəkilişlərini başa çatdırıb. Rejissor bildirib ki, film Tanino Querronun Bakı ilə bağlı xatirələri əsasında çəkilib. Tanino Querro 1976-cı ildə Mikelancelo Antonioni ilə birlikdə Moskvaya gələrək burada birgə film çəkməklə bağlı danışıqlar aparıb. Onlar filmi çəkmək üçün sovet respublikalarının paytaxtlarını, o cümlədən Bakını seçiblər.
   Tanino Querro ekrandan bu sözləri deyir: “Bizi Bakının özündən daha çox onun ətrafı, Abşeron kəndlərinin estetikası məftun etdi. Oradakı füsunkar peyzaj, vadilər, qəbiristanlıqlar, dirəklər və onların arasındakı dəmir yolu. Bu yolun haraya getdiyini biz öyrənə bilmədik. Şübhəsiz, bu mənzərə bizim həmin vaxtadək gördüklərimizin içində ən gözəli idi”.
   İtaliyalı şair, yazıçı və ssenarist Tanino Querro Federiko Fellini, Mikelancelo Antonioni, Andrey Tarkovski, Françesko Rozi və Teo Angelopulos kimi görkəmli kinorejissorlar üçün ssenarilər yazıb. Sentyabrda İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə filmin premyerasının keçirilməsi nəzərdə tutulur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar