“Buta” bədii filmi bu ilin sentyabrında Almaniyada keçiriləcək uşaq filmləri festivalında ölkəmizi təmsil edəcək.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və “Butafilm” kino şirkətinin birgə istehsalı olan ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf, prodüserləri Xamis Muradov və İlqar Nəcəf, operatoru Georgi Beridze, bəstəkarı Cavanşir Quliyevdir. Baş rolları Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva və başqaları ifa ediblər.
2011-ci ildə lentə alınan film indiyədək bir çox nüfuzlu festivalların mükafatına layiq görülüb, o cümlədən ötən il Asiya-Sakit Okean Kino Akademiyasının “Asia Pasific Screen Awards” mükafatını (“Ən yaxşı uşaq filmi” nominasiyası) qazanıb.
* * *
Rejissor Şamil Əliyevin “Azərbaycanfilm” kinostudiyasında quruluş verdiyi “Çölçü” filmi MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın XXI “Kinoşok” açıq festivalının müsabiqə proqramına daxil edilib. Festival sentyabrın 15-dən 23-dək Rusiyanın Anapa şəhərində gerçəkləşəcək. Rejissor bildirib ki, festival çərçivəsində “Azərbaycan kinosu günləri” keçiriləcək və müsabiqədən kənar filmlər təqdim ediləcək.
* * *
“Birlik” kinostudiyası yaradıcı qrupunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Mərhəmətin dadı” animasiya filmi isə Beynəlxalq xristian filmləri kinofestivalının və “Magificat” proqramının təşkilat komitəsi tərəfindən sentyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək kinofestivalda iştirak etmək üçün seçilib. Film 2007-ci ildə gənc ssenarist və rejissor Cavid Əhədov tərəfindən lentə alınıb. Ekran əsəri həmçinin Belarusun Mogilyev şəhərində keçiriləcək “Animayovka” kinofestivalında ölkəmizi təmsil edəcək.