Ankarada "Atılmış kitablar kitabxanası" fəaliyyətə başlayıb. Kitabxana şəhərin təmizlik işçilərinin təşəbbüsü ilə yaradılıb. Burada paytaxt zibilliklərindən toplanmış kitablar toplanıb.
Əvvəlcə kitabxananın təmizlik işçiləri və onların ailə üzvləri üçün fəaliyyət göstərəcəyi planlaşdırılıb, lakin fond böyüdükcə, paytaxt sakinlərinin də bu qeyri-adi kitabxanaya marağı artıb. Sonda kitabxananın hər kəsin üzünə açıq olacağına qərar verilib.
Kitabxanada bədii ədəbiyyatdan elmi əsərlərədək təxminən 6 min nəşr toplanıb. Kitab kolleksiyası böyüdükcə kitabxana "qurtulmuş" kitabları təhsil müəssisələrinə və hətta cəzaçəkmə evlərinə də hədiyyə etməyi planlaşdırır.
Çankaya Bələdiyyəsi köhnə kərpic zavodunun binasında kitabxanaya yer ayırıb.
Kitabxanadan daha çox bələdiyyə işçilərinin uşaqları və qonşuluqdakı məktəblərin şagirdləri istifadə edir.
G.Mirməmməd