Türkmənistanın Amudərya şəhərində “İpək Yolu” monumentinin təntənəli açılışı olub. 28 metr hündürlüyündə olan heykəltəraşlıq kompozisiyası Amudərya avtomobil və dəmir yolu körpülərinin yanında hazırlanıb. Abidənin yuxarı hissəsi Yer kürəsi formasında simvolik olaraq avtomobil, dəmir yolu, su və hava magistral yollarını birləşdirir.
   Abidənin tikintisində ən müasir kompozisiya və bəzək materiallarından istifadə olunub.
   Türkmənistanda nəqliyyat infrastrukturunun inkişafı beynəlxalq səviyyəli iri layihələrin tərkib hissəsidir. Bu ideya "İpək Yolu" monumentində simvolik tərtibatını tapıb.