Dünya kinosunun ulduzu, məşhur fransız aktyor Jerar Depardye sentyabrda Bakıya səfər etməyi planlaşdırır. Fransa mətbuatının məlumatına görə, aktyorun paytaxtımıza səfəri böyük fransız yazıçısı Aleksandr Düma haqqında sənədli filmin çəkilişlərində iştirakla əlaqədardır. Ekran əsəri Aleksandr Dümanın Qafqaza səfərindən bəhs edir. Jerar Depardye filmdə Aleksandr Düma rolunu ifa edəcək. Fransalı aktyor 2011-ci ilin dekabrında Bakıda səfərdə olmuşdu.
   Xatırladaq ki, Aleksandr Düma (ata) 1858-ci ilin oktyabrından 1859-cu ilin fevralınadək Rusiyaya səfəri çərçivəsində Qafqazda olub. O, səfəri zamanı Azərbaycanın tanınmış şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvanla da görüşüb. Yazıçı vətəninə qayıtdıqdan sonra Qafqaza səfərindən bəhs edən kitab yazıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar