Rusiyanın “Qızıl maska” mükafatı təkcə teatr sənəti sahəsində nüfuzlu mükafat deyil, həmçinin teatr üçün strateji cəhətdən vacib vəzifələri yerinə yetirən mədəni təsisatdır. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı, Mədəniyyət Nazirliyi və Moskva hökumətinin birgə təsis etdiyi “Qızıl maska”nın tarixi müasir Rusiya teatrının tarixi deməkdir. 
   Aprelin 14-də “Qızıl maska” Rusiya milli teatr mükafatı 24-cü dəfə təqdim edildi. Bütün teatr janrlarını əhatə edən mükafatın builki sahibləri arasında soydaşımız, Azərbaycanın Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov da var. O, həyat yoldaşı, dünya vokal sənətinin ulduzu Anna Netrebko ilə birlikdə 2017-ci ilin payızında Rusiya Böyük Teatrının səhnəsində çıxış etdikləri “Manon Lesko” operasındakı “nadir yaradıcılıq duetinə görə” musiqili teatr nominasiyası üzrə mükafata layiq görülüb. 
   
   Gülcahan