Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanası Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş “Saz tutub, söz qoşub yada salırıq” adlı ədəbi-bədii gecə keçirib. Tədbirdə aşığın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. 2 saylı uşaq musiqi məktəbinin şagirdləri Səməd Vurğunla Aşıq Şəmşirin deyişməsini ifa ediblər. Şəhər məktəbliləri Aşıq Şəmşirin şeirlərini söyləyiblər.
Sonda aşığın yaradıcılığına həsr olunmuş “Saz tutub, söz qoşub yada salırıq” adlı sərgiyə baxış keçirilib.