Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Salyan, Neftçala, Göyçay, Ağdaş mərkəzi kitabxanalarının əməkdaşları üçün keçirilən ALİSA Elektron kitabxana sisteminin və innovasiyaların kitabxanalarda tətbiqi mövzusunda treninq yekunlaşıb.
Treninq 12-18 aprel tarixində gerçəkləşib. İştirakçılara Milli Kitabxananın müdiriyyəti tərəfindən sertifikat təqdim edilib, treninq zamanı əldə olunmuş biliklərin tətbiqi işində uğurlar arzulanıb.