Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşasını Tərtərdə təqdim edib. Tamaşa rayon Mədəniyyət mərkəzində iki gün nümayiş etdirilib. Tamaşaya birinci gün rayonun idarə və müəssisə kollektivləri, ictimaiyyət nümayəndələri, ikinci gün isə ərazidə xidmət edən əsgər və zabitlər baxıblar.
   Səhnə əsəri erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edir.