Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Sübhün səfiri” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
   
   Görkəmli yazıçı, ictimai xadim, milli dramaturgiyamızın banisi, böyük ədib və mütəfəkkirin həyat və yaradıcılığından bəhs edən ekran əsərinin çəkilişləri Bakıda, Şəkidə, həmçinin Tiflis və İstanbul şəhərlərində aparılıb.
   Filmin ssenari müəllifi Xalq yazıçısı Anar, rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafis İsmayılov, bəstəkarı Cavanşir Quliyev, icraçı prodüseri Adil Qulamovdur.
   Ekran əsərində ədibin uşaqlığını 11 yaşlı Tofiq Əliyev canlandırır. Axundzadənin gəncliyini Nicat Həbibov ifa edir. Dramaturqun yetkinlik çağını isə Xalq artisti Rasim Balayev oynayır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar