Sənədli film növbəti mükafata layiq görülüb
   
   Avqustun 21-24-də Serbiyanın Zlatibor şəhərində idman filmləri üzrə birinci beynəlxalq festival keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən bildiriblər ki, festivalda 14 ölkədən 25 film nümayiş etdirilib. Münsiflər heyətinin qərarına əsasən, Azərbaycan rejissoru Arzu Urşanın “Top həm düşər, həm qalxar” sənədli filmi festivalın birinci mükafatına layiq görülüb. Azərbaycan futbolunun 100 illiyinə həsr edilən ekran əsəri lentə alındığı 2011-ci ildən bu yana bir neçə festivalın qalibi olub.