1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə tədbirlər planı çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı aprelin 27-dən mayın 10-dək Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir, İnegöl və Ankara şəhərlərində qastrol səfərində olacaq.
Səfər Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının dəvəti və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq. Qastrol səfərində teatrın direktoru İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunacaq. Həmçinin ermənilərin türklərə qarşı törətdiyi soyqırımı hadisələri ilə bağlı konfrans keçiriləcək.