Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayında üç beynəlxalq layihədə iştirak edəcək. 
   Kollektiv mayın 1-dən 6-dək Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərindəki Akademik Milli Dram Teatrı ilə bağlanmış “Qarşılıqlı qastrol səfərlərinə dair” müqaviləyə əsasən sözügedən teatrın səhnəsində A.Şaiqin “Tıq-tıq xanım” tamaşasını nümayiş etdirəcək.
   Teatr mayın 2-dən 5-dək Türkiyənin Antalya şəhərində keçiriləcək festivala da dəvət alıb. Festivalda R.Ağayevin “Sonluğun sonu” (ifaçı Güşvər Şərifova) monotamaşası göstəriləcək.
   Mayın 10-dan 16-dək Makedoniyanın Vitola şəhərində gerçəkləşəcək monodram festivalında isə P.Züskindin “Kontrabas” tamaşası (ifaçı Əməkdar artist Şövqi Hüseynov) nümayiş olunacaq.