Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbinin müəllim və şagirdləri ilə görüşüb. İdarədən bildirilib ki, görüş Əhməd Bakıxanov adına 6 nömrəli Musiqi məktəbində keçirilib.
İdarənin rəisi ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmiş konsertdə məktəbin şagirdlərinin uğurlu çıxışlarını xüsusi qeyd edib.
V.Zeynalov məktəbin şagirdlərinə fəxri fərmanlar təqdim edərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.