Mayın 10-da Azərbaycanın Ukraynadakı səfirliyinin, Kiyev Şəhər Dövlət Administrasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında beynəlxalq etno-caz festivalı keçiriləcək. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev Şəhər Dövlət Administrasiyası rəsmilərinin, xarici diplomatik korpus rəhbərlərinin iştirak edəcəyi tədbirdə xalqımızın zəngin musiqi mədəniyyəti, milli mətbəxi təbliğ olunacaq. Caz festivalında digər ölkələrin incəsənət xadimlərinin də iştirak edəcəyi gözlənilir.