Bakı şəhər 14 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Səid Rəsulov Gürcüstanda keçirilən gənc musiqiçilərin Yevgeni Mikeladze adına beynəlxalq müsabiqəsində truba orkestr alətində ifasına görə diplomla mükafatlandırılıb.
   Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, S.Rəsulov səkkiz ildir truba musiqi alətində ifa edir. Bu müddət ərzində məktəbli həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.