Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin 3 saylı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Milli dövlətçilik tarixində silinməz izlər” adlı tədbir keçirilib.
Tədbirin qonaqları - Milli Məclisin deputatı, fəlsəfə elmləri namizədi Fazil Mustafa, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, türk-müsəlman Şərqində ilk parlamentli respublika, dünya tarixində ən demokratik dövlət qurumlarından biri olmasından danışıblar.
Bildirilib ki, Cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan görkəmli ictimai xadimlərin xatirəsini Azərbaycan xalqı böyük ehtiram hissi ilə yad edir. Tədbirdə 49 nömrəli “İntellekt” liseyi şagirdlərinin ifasında şeirlər dinlənilib.
Sonda iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış sərgiyə baxıblar.