Milli Arxiv İdarəsinin əməkdaşları Tatarıstanın Kazan şəhərində təşkil edilmiş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. İdarədən bildirilib ki, “Perqamentdən rəqəmsala doğru” adlı beynəlxalq elmi-praktik konfransın əsas mövzuları rəqəmsal mühitdə arxivlərarası əlaqə, kommunikasiya, vahid format və informasiya təhlükəsizliyi, elektron hökumət, elektron informasiyanın idarə olunması, elektron arxiv, elektron etika və elektron təhlükəsizlik olub. 
   Konfransda Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Hollandiya, Türkiyə, Çin, Qazaxıstan, Özbəkistan və digər ölkələrin nümayəndələri iştirak edib. Ölkəmizi konfransda Milli Arxiv İdarəsi İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov və Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova təmsil edib. N.Eminov “Azərbaycanda elektron arxivlərin qurulması və arxivlərin elektron idarəedilməsi” mövzusunda məruzə ilə çıxış edib.
   Konfrans çərçivəsində Tatarıstanın Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə “Tatarıstan arxivləri 100 il” adlı sərgi də açılıb.