Azərbaycan Dövlət Musiqili Teatrının simfonik orkestrində, xor və balet heyətində işlə bağlı elan olunan müsabiqə davam edir. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər.
   Bu barədə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev məlumat verib. “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı heyət, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq”, - deyə o bildirib.