Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin 5-ci sinif şagirdi Şirin Əmiraslanova İspaniyanın paytaxtı Madriddə keçirilən II Beynəlxalq piano müsabiqəsində uğurla iştirak edib.
Təmsilçimiz müsabiqədə Volfqanq Amadey Motsart, Frederik Şopen, Qara Qarayev və İ.Albenizin əsərlərini məharətlə ifa edərək münsiflərin yekdil qərarı ilə birinci yerə layiq görülüb.
Şirin Əmiraslanova Parisdə keçirilən A.Skryabin adına pianoçuların XVIII Beynəlxalq müsabiqəsində də birincilik qazanıb.