Mayın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.
   BMA-nın Fortepiano fakültəsi tələbələrinin iştirakı ilə reallaşan konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə müraciət edilib. Tələbələrin ifaları maraqla qarşılanıb.