Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə Bakıda İtaliya opera günləri keçirilir. Mayın 3-də paytaxt sakinləri və qonaqlar Cakomo Puççininin “Madam Batterflyay” operasına tamaşa etmək imkanı qazanıblar.
   Mayın 6-da isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası təqdim olunacaq.
   Səhnə əsərində azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcək. Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo canlandıracaq. Səhnə əsərində Xalq artisti Əli Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova da çıxış edəcək. Tamaşanı italiyalı dirijor Alessandro Kalkanene idarə edəcək.