İstanbulda fəaliyyət göstərən Mərmərə Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə konsert keçirilib.
“Bir millət, iki dövlət” şüarı ilə keçirilən tədbir ölkəmizin İstanbuldakı baş konsulluğu, Mərmərə Universiteti və Azərbaycanın Mədəniyyətini Yaşatma Dərnəyi tərəfindən birgə təşkil olunub.
Konsertdə Mərmərə Universitetinin tələbələrindən ibarət musiqi qrupları Azərbaycan bəstəkarlarının, eləcə də iki qardaş ölkənin xalq mahnılarını ifa ediblər.
Konsertin proqramı professor Aytac Rzaquliyeva və musiqişünas Tülün Malkoç tərəfindən hazırlanıb.