II Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, orkestrlər şəhərin beş nöqtəsində - Dənizkənarı Milli Parkda (Azadlıq meydanının qarşısı), Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Fəvvarələr meydanında çıxış edəcəklər.