Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə idarənin rəisi Vuqar Zeynalov, Bakı şəhər musiqi məktəblərinin direktorları iştirak ediblər.
Konsertdə əvvəlcə Ş.Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında “Qarabağ şikəstəsi”, S.Fərəcovun “Bayatı-Şiraz” süitası və Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından “Asiyanın rəqsi” təqdim olunub. Məktəbin şagirdlərinin ifasında Q.Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, Niyazinin “Arzu”, H.Rzayevin “Çahargah rapsodiyası”, F.Şopenin “İnqilabi etüd” və s. əsərlər səsləndirilib.
Sonda məktəbin xor kollektivi F.Durantenin “Danza, danza”, G.Davidin “What a wonderful word”, G.Estefanın “Let’s get loud”, A.Əlizadənin “Ana torpaq” əsərlərini ifa edib.