Mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub.
Festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil edilib. Festivalın seçimləri Bakı, Lənkəran, Gəncə şəhərləri və Quba rayonunda aparılıb. Bu mərhələdən keçmiş kollektiv və solo ifaçılar respublika mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər. Yekun konsertdə 19 ali, 12 orta ixtisas və 11 peşə təhsili müəssisəsinin tələbələri iştirak edib. Proqramda özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilərin ifaları təqdim olunub.