Mayın 4-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “D’ACCORDO barokko” (bədii rəhbər - İlahə Sadıqzadə) ansamblı konsert proqramı ilə çıxış edib.
Muzeyin təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış ifaçılar iştirak ediblər.
Solist İlham Nəzərovun bir-birindən parlaq ifaları alqışlarla qarşılanıb.
Konsert çərçivəsində dünya və Avropa bəstəkarlarının əsərlərinə də müraciət edilib, barokko üslubunda olan ifalar təqdim olunub.