Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsinə start verilib. Təntənəli açılış mərasimi Lissabonun İncəsənət, Memarlıq və Texnologiya Muzeyində keçirilib.
   Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in birinci yarımfinalı mayın 8-də keçirilib. İkinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.
   Azərbaycanı müsabiqədə "X my heart" mahnısı ilə Aysel Məmmədova təmsil edir.
   Püşkatmaya əsasən, Aysel Məmmədova birinci yarımfinalın iştirakçıları arasında yer alıb.
   Hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.
   Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.