Saatlı rayon Mərkəzi kitabxanasında Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri MKS-nin direktoru Sakit Bağırov açıb. Təhsil şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru, şair Şöhrət Qaraoğlu Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə nümayəndəsi Şərqiyyə Şahpələngova və başqaları çıxış ediblər. Tədbirdə Aşıq Şəmşir yaradıcılığından nümunələr səsləndirilib.