İstanbul Kültür Sənət Vəqfinin (İKSV) təkşil etdiyi ənənəvi İstanbul Caz festivalı bu il 25 yaşını qeyd edəcək. 26 iyun - 17 iyul tarixlərində baş tutacaq festivala 250 nəfərdən artıq yerli və əcnəbi sənətçi qoşulacaq. 
   Festival konsertlərinin İstanbulun 27 fərqli məkanında keçirilməsi nəzərdə tutulur. Bu il rekord sayda əcnəbi musiqiçinin qatılacağı bildirilən festivalın “Yaşam boyu başarı” mükafatının Nezihə Yeşilnilə və “Balarısı Ahmet” kimi tanınan məşhur vokalist Əhməd Faik Şenerə təntənəli açılış mərasimində təqdim ediləcəyi də planlaşdırılıb. “Ulduz isimlərdən yeni kəşflərə” festivalında ümumilikdə 50-dən çox konsert proqramı veriləcək.
   
   Gülcahan