Mayın 12-də Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub.
Finalda 43 ölkədən milli münsiflər və tamaşaçıların səsverməsi nəticəsində İsrail təmsilçisi “Toy” (“Oyuncaq”) mahnısı ilə ümumilikdə 529 xal qazanıb.
26 ölkənin iştirakı ilə keçirilən final mərhələsində ikinci yeri Kipr nümayəndəsi Eleni Foreyre (436 xal), üçüncü yeri isə Avstriyadan olan iştirakçı Sezar Sempton (346 xal) tutub.
Beləliklə, 2019-cu ildə “Eurovision” mahnı müsabiqəsi İsraildə keçiriləcək.