İstanbulda Azərbaycanın böyük mütəfəkkiri, yazıçı, ictimai xadim Əli bəy Hüseynzadənin (1864-1940) xatirəsi anılıb.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, millət vəkili Çingiz Qənizadə, İstanbuldakı Azərbaycan icmasının nümayəndələri Əli bəy Hüseynzadənin Qaracaehmed qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Millət vəkili Çingiz Qənizadə Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti haqqında danışıb. Vurğulanıb ki, Ə.Hüseynzadənin təbliğ etdiyi “türkçülük, çağdaşlıq və islamiyyət” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.
Qeyd edək ki, Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən Əli bəy Hüseynzadənin məzarının ətrafı abadlaşdırılıb.
Aşıq Azər Xanlaroğlu
dünyasını dəyişib