Mayın 17-də M.S.Ordubadinin xatirə muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib. Tədbirə 160 saylı klassik gimnaziyanın müəllimləri və VIII sinif şagirdləri qatılıb.
Gimnaziyanın ədəbiyyat müəllimi Afaq Babayeva, Respublika Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Cəmilə Babayeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açıblar. Sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.