Tatarıstanlı sənətkar Rusiya Dövlət Akademik 
   Böyük Teatrında 40 ildən artıq dirijor işləmiş yeganə musiqiçidir
   Mayın 16-da Moskvadakı "Novaya Opera" teatrında Rusiya və MDB ölkələri gənclərinin Fuat Mansurov adına "Birlik istedadları" V musiqi festivalının qala-konserti olub. 
   Konsert iki yubileyə - məşhur dirijor, Rusiya, Tatarıstan və Qazaxıstanın Xalq artisti Fuat Mansurovun 90 illik yubileyinə və Anjela Vavilova adına Kazan Xeyriyyə Fondunun 15 illiyinə həsr olunub. 
   Xeyriyyə məqsədli konsertə biletlərin satışından və ianələrdən toplanan bütün vəsait onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara yardım məqsədilə A.Vavilova adına fonda veriləcək. 
   Beş ildir ki reallaşan "Birlik istedadları" layihəsinin məqsədi yaradıcı gənclərin arasından ən istedadlıları seçmək, onlara özlərini sənət aləmində gerçəkləşdirmək imkanı yaratmaqdır. 
   Fuat Mansurov Rusiya Dövlət Akademik Böyük Teatrında 40 ildən artıq dirijor işləmiş yeganə musiqiçidir. Bu gün onun yetirmələri dünyanın ən yaxşı orkestrlərini idarə edirlər. Maestro Mansurov təxminən 25 il Tatarıstan Respublikasının Dövlət Simfonik Orkestrinə rəhbərlik edib. Ona dəfələrlə Avstraliyada, Türkiyədə, Argentinada orkestr şefliyi təklif edilsə də, görkəmli musiqiçi vətəndə qalmağı üstün tutub. 
   店aricdən bu qədər təklif olduğu halda niyə Kazana gedirsiniz?" sualına Fuat Şakiroviç belə cavab verərmiş: "Mən - tataram, tatar mədəniyyətinin daşıyıcısıyam". 
   Fuat Mansurov adına "Birlik istedadları" festivalının bədii rəhbəri Tatarıstanın Əməkdar artisti, maestronun şagirdi Vasili Valitovdur.