Azsaylı xalqların rəqs kollektivləri paytaxtın baş səhnəsində çıxış edəcək
   
   Mayın 26-da Heydər Əliyev Sarayında "Azərbaycan - doğma diyar" adlı konsert proqramı təqdim olunacaq.
   Sarayın mətbuat xidmətindən məlumat verilib ki, konsert çərçivəsində ölkəmizdə yaşayan azsaylı xalqların rəqs nümunələri təqdim olunacaq.
   Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək konsert proqramında bir-birindən maraqlı musiqi nömrələri təqdim olunacaq, qonaqlar müxtəlif rəqs nömrələrindən zövq alacaqlar.