Rembrandtın tələbəsinə aid edilən əsər onun özünün imiş
Hollandiyada son yarım əsrdə ilk dəfə olaraq məşhur hollandiyalı rəssam Rembrandt Harmens van Reynin (1606-1669) naməlum rəsm əsəri aşkar edilib.
Ekspertlər hesab edirlər ki, naməlum gəncin təsvir olunduğu "Gənc adamın portreti" adlandırılan əsər 1634-cü ildə çəkilə bilər.
Sözügedən rəsmi tarixçi və art-diler Yan Siks il yarım əvvəl “Christie's" hərrac evində keçirilən auksionda 137 min funt-sterlinqə alıb. O vaxt bu tablonun müəllifinin Rembrandtın tələbələrindən biri olduğu deyilirdi. Sonradan 15 ekspertin rəyinə əsasən portretin Rembrandtın fırçasına aid olduğu sübut edilib. Bundan sonra əsərin nə dərəcədə dəyər qazandığı maraq doğurur.
İlona