Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış şair-dramaturq Hidayətin əsəri əsasında səhnələşdirilən "Ömürdən uzun gecə" yeni tamaşasının premyerasını təqdim edəcək.
   Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.
   Rollarda əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Səmayə İsmayılova və başqaları çıxış edəcəklər.