Leopold və Mstislav Rostropoviçin ev-muzeyində Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.
Rusiyalı diplomatların da iştirak etdiyi tədbirdə əvvəlcə muzeyin direktoru Şeyla Heydərova qonaqlara mədəniyyət ocağı haqqında məlumat verib, maestro Mstislav Rostropoviçin mütəmadi olaraq Bakıda konsert verib, ustad dərsləri keçdiyini diqqətə çatdırıb.
Sonra tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə muzeyin birgə hazırladığı konsert proqramı ilə davam edib. BMA-nın tələbələri - beynəlxalq müsabiqələr laureatları Qəmər Kərimli (I violin), Bahadur Rzayev (II violin), Əli Əmişov (alt) və Orxan Hüseynovdan (violonçel) ibarət simli kvartet L.Bethovenin "Kvartet ı 4" və Q.Qarayevin "Kvartet" əsərlərini səsləndirib. Konsert qonaqların gurultulu alqışları ilə sona çatıb.
Tədbir maestro Rostropoviçin vaxtilə dediyi sözlərlə yekunlaşıb: "Heydər Əliyev məni Azərbaycana, Azərbaycanı isə vətənim kimi mənim qəlbimə qaytardı".