Mayın 25-28-də Türkiyənin Əskişəhər şəhərində "100 ilində Azərbaycan Cümhuriyyəti" adlı beynəlxalq konfrans keçirilib. Tədbir Anadolu Universitetində Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutub. 
   Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunu Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova təmsil edib. Q.Mahmudova "Türkiyə ədəbiyyatında Azərbaycan Xalq Cümhuriyyəti: bir əsər üzərində incələmə" adlı məruzə ilə çıxış edib. 
   
   S.Qaliboğlu